​Rusiyanın daha bir zabiti SURİYADA ÖLDÜ

Baxış sayı:
4261

Cari ilin fevral ayının sonunda Suriyada daha bir rusiyalı hərbçi həlak olub.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı "Conflict Intelligence Team" təşkilatı yayıb.
Təşkilat ölən hərbçinin adının Aleksandr Solopov olduğunu bildirib. Onun Suriya ordusundakı elit dəstə olan "Pələngin Gücü" qrupunda məsləhətçi olduğu vurğulanıb. Solopovun ölüm səbəbinin hələlik müəyyən edilmədiyi bildirilib.