​Rusiyanın cinayət xəritəsi

Baxış sayı:
7495

Rusiyanın Daxili İşlər Nazirliyi 2018-ci ilin cinayət statistikasını açıqlayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, ötən il Rusiyada 1 milyon 900 min cinayət qeydə alınıb. Cinayətlərin yarısından çoxu oğurluq hadisələridir.
Ötən il ən çox cinayət paytaxt Moskvada törədilib: 140 min cinayət.
Kriminal reytinqin üst pillələrində Moskva vilayəti (80,2 min cinayət), Krasnodar diyarı (68,1 min cinayət), Çelyabinsk vilayəti (64,8 min cinayət), Başqırdıstan Respublikası da (57,4 min cinayət) yer alır.
Hesabata görə, 2018-ci ildə ən az cinayət Çukot Muxtar Mahalında rəsmiləşib: 748 cinayət. Nenetsk Muxtar Mahalında 857, İnquşetiya Respublikasında 1600, Kalmık Respublikasında 2 min 700, Maqadan vilayətində 2 min 900 cinayətin qeydə alındığı vurğulanır.