​Rusiyanın bu addımı ABŞ-a mesajdır

Baxış sayı:
5581

Rusiyanın Suriyaya S-300 müdafiə sistemləri verməsi ABŞ və NATO-ya qarşı güclü siqnaldır.
Muxalifet.az xəbər verir ki, bunu sputnik-ə açıqlamasında suriyalı analitik Qassan Qədi söyləyib. Onun sözlərinə görə Rusiya ilə İsrail arasındakı razılaşmalarda İsrail qanun pozuntusuna yol verib:
“Rusiyanın dediyinə görə, İl-20 təyyarəsinin qəzaya uğramasına səbəb İsraildir. Moskva İsrailin qırmızı xətti keçdiyini deyir. Buna görə də S-300-lərin təhvil verilməsi hərbi olmaqla yanaşı, həm də siyasi qərardır”.
Analitik ABŞ-ın S-300-lərə qarşılıq olaraq Suriyaya F-22 hərbi təyyarələrini göndərmək planı ilə bağlı xəbərlərə də fikir bildirib:
“Bu addım Suriya və Rusiyanın hava müdafiə sistemlərinə qarşı kifayət etmir”.
Qeyd edək ki, bir müddət əvvəl İl-20 kəşfiyyat təyyarəsinin Suriyanın Latakiya bölgəsində vurulmasının günahını İsraildə görən Rusiya bir müddət əvvəl Suriyaya S-300 zenit raket kompleksləri yerləşdirib.