Rusiyadan Türkiyəyə pomidorla bağlı daha bir jest

Baxış sayı:
2305

Rusiyaya daxil olmasına icazə verilən türk pomidorunun kvotası 50 min tondan 100 min tona yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmirli deyib.

Almaniyada XI Dünya Qida və Kənd Təsərrüfatı Forumu çərçivəsində keçirilən kənd təsərrüfatı nazirləri konfransından sonra jurnalistlərə açıqlama verən Pakdəmirli, "Rus həmkarımla görüşdük. Ən böyük üstünlüyümüzdən biri də 50 min ton pomidor kvotamızı 100 min tona yüksəltməyimiz oldu", - deyə bildirib.