Rusiyadan Türkiyəyə ötürülən terrorçular saxlanıldı - RƏSMİ

Baxış sayı:
834

Türkiyənin Hatay şəhərinin Narlıca rayonu istiqamətində Suriyadan qeyri-qanuni yollarla ölkəyə girməyə çalışan 5-i Rusiya, 1-i Liviya vətəndaşı olmaqla 6 nəfər yaxalanıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Saxlanılanlar arasında yer alan rusiyalı qadının İŞİD terror təşkilatının üzvü olmaqdan axtarışda olduğu bildirilib.

Xatırladaq ki, ötən gün qeyri-qanuni yollarla Suriyadan Türkiyəyə girməyə çalışan 3 Yeni Zelandiya vətəndaşı Hatay şəhərinin Reyhanlı rayonunda saxlanılıblar. Saxlanılanlar arasında İnterpolun mavi xətlə axtarışa verdiyi 26 yaşlı S.A. adlı İŞİD-çi qadın da olub.