Rusiyadan Türkiyə açıqlaması

Baxış sayı:
3415

Rus senator Konstantin Kosaçev, Türkiyə ilə Rusiyanın Suriya məsələsi ilə bağlı mövqelərinin fərqli olmasına baxmayaraq, iki ölkənin əməkdaşlıq əlaqələrini qorumağa çalışdıqlarını bildirib.
 
Rus senator Konstantin Kosaçev, iki ölkənin terrorla mübarizə məsələsində həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq içində olduqlarını deyib. Kosaçev, "Bu ölkədə (Suriya) nə olduğu barəsində baxışlarımız fərqlidir. Demək istədiyim, problemin necə həll edilməsi ilə bağlı lazım olan baxışımızdır. Digər tərəfdən, bu şərtlər altında ən önəmli şey, iki ölkənin Suriyadakı terroru həll etmək olan məqsədi ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini davam etdirmək imkanlarını saxlamasıdır" deyib.
Suriyadakı vəziyyətin Türkiyə və Rusiya arasında əsas məsələlərdən biri olduğunu qeyd edən Kosaçev, həm Orta Şərqin vəziyyətini daha geniş kontekstdə müzakirə olunması, həm də ABŞ-da baş verən proseslər əsasında yaranan qlobal tendensiyalar üzərində ümumi bir baxış tərzini bölüşməyə ümid etdiklərini bildirib.
Müxalifət.az