Rusiyadan “Türkiyə” açıqlaması

Baxış sayı:
6115

Rusiyanın keçmiç XİN rəhbəri İvanov, Anadolu Agentliyinə Rusiya və Türkiyənin Suriya məsələsinin həlli istiqamətində göstərdiyi birgə səyləri qiymətləndirib.
 
Suriya məsələsində Rusiya və Türkiyənin siyasətinin dinc həll üçün olduğunu vurğulayan İvanov, məsələnin həllində hər iki dövlətin, tərəflərin uzunmüddətli milli maraqlarını nəzərə aldığınə deyib.
Bu siyasətlərin yalnız Suriyaya deyil, Yaxın Şərqin hamısına sabitlik gətirəcəyini qeyd edən İvanov, “Rus-Türk münasibətinin ən fərqləndirici xüsusiyyəti, bütün oyunçuların maraqlarını nəzərə alaraq, Suriyada qan tökülməsinin qarşısının alınması və sülh yolu ilə həllə doğru ciddi irəliləyişdir” deyib.
Rusiya və Türkiyənin ortaya qoyduğu bu məsələyə region ölkələri və digər ölkələr də dəstək verərlərsə, Suriya məsələsinin asanlıqla həll edilə biləcəyini qeyd edən İvanov, beləliklə, Yaxın Şərqdəki problemlərin həll edilməsində Suriya məsələsinin mühüm amil olacağını qeyd edib.
 
Bölgədə dərin qarşıdurmalar var
 
İvanov, “Suriya məsələsinin əhəmiyyəti və çətinliyi ilə yanaşı, bölgədəki yeganə problem olmadığını unutmamaq lazımdır. Sadəcə Suriyada deyil, bütün regionda dərin qarşıdurmalar var. Suriya sadəcə bunların ən diqqət çəkəni oldu. Suriyadakı problemləri həll edərkən, bunun bölgədəki problemlərin yalnız bir hissəsi olduğunu düşünmək məcburiyyətindəyik. Bu problem regional kontekstdə həll olunmalıdır" deyə söyləyib.
Rusiya və Türkiyənin fərqli baxışlarına baxmayaraq münaqişələrin həllinin mümkün olduğunu sübut etdiyini deyən İvanov, "Belə qısa bir müddət içərisində, Rusiya və Türkiyə bütün fərqliliklərə baxmayaraq, əgər iki ölkənin yüksək maraqları söz mövzusu isə, iki ölkə liderlərinin siyasi iradəsi varsa, ciddi nəticələr əldə edilə biləcəyini göstərdi. Və bunlar təkcə siyasi sözdə deyil, əməldə də həyata keçirilir" deyə bildirib.
Suriyadakı əməkdaşlıqdan dolayı Rusiya ilə Türkiyə arasında iş birliyinin digər sahələrdə də genişləndiyinə diqqət çəkən İvanov, bu prosesin davam etməsinin əhəmiyyətli olduğunu sözlərinə əlavə edib.
Müxalifət.az