​Rusiyadan Suriya açıqlaması: Sona yaxınlaşırıq

Baxış sayı:
3445

Suriyada terrorizmlə mübarizə sona yaxınlaşır. Ölkənin böyük bir hissəsi terrorçulardan təmizlənib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
O bildirib ki, ölkədə qalan terrorçuların zərərsizləşdirilməsi üçün əməkdaşlıq zəruridir:
“Ölkə yenidən inşa edilməlidir. Hələ də terrorçular var. Rusiya, Türkiyə, İran, yaxud ABŞ təkbaşına bunun öhdəsindən gələ bilməz. Bu prosesdə hər birimiz birgə şəkildə aktiv olmalıyıq”.