Rusiyadan son dəqiqə Türkiyə açıqlaması!

Baxış sayı:
5146

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Türkiyə, Rusiya kimi ciddi milli prioritetləri, maraqları olan bir ölkədir. Mövqelərimiz 100 faiz uyğun gəlməsə də, bu normal bir vəziyyətdir. Ortaq nöqtələri tapmaq üçün diplomatiya, siyasət və hərbi diplomatiya istifadə edilir. Ortaq fayda verməyə çalışılır" deyib.
 
Qeyd edək ki, Türkiyə, Rusiya və İran liderləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Tehranda, İdlibdəki vəziyyət və Suriyadakı böhranı həll etmə prosesilə bağlı bir toplantı keçirmişdi.
Putin və Ərdoğan daha sonra ikitərəfli görüş keçirmiş və dialoqu davam etdirməyə razılaşmışdı.
Müxalifət.az