Rusiyadan S-400-lərlə bağlı SON NÖQTƏ: Müqavilədən imtina...

Baxış sayı:
4015

Rusiyanın S-400 hava hücumuna qarşı müdafiə sistemlərinin Türkiyəyə çatdırılması üzrə müqavilə qüvvədədir.
Bu haqda hərbi-texniki əməkdaşlıq sahəsində məlumatlı Rusiya mənbəyi “İnterfaks” agentliyinə bildirib.
“Heç bir dəyişiklik yoxdur. Müqavilənin reallaşdırılması və S-400-lərin Türkiyəyə çatdırılmasına hazırlıq gedir”, - mənbə deyib.
Daha əvvəl Almaniyanın “Das Bild” qəzeti bildirmişdi ki, Ankara S-400 sazişindən imtina etməyi planlaşdırır. Xəbərə görə, müqavilə türk lirəsinin dəyərdən xeyli düşməsi ilə əlaqədar təhdid altına düşüb./publika