Rusiyadan S-300-lə bağlı şok açıqlama: TEXNOLOGİYAMIZI OĞURLADILAR

Baxış sayı:
6196

Rusiyanın müdafiə şirkəti Almaz-Anteyin keçmiş rəhbəri İqor Aşurbəyli, ABŞ-ın Patriot raket sistemlərini inkişaf etdirmək üçün S-300 hava müdafiə sistemlərində istifadə edilən texnologiyaları oğurladığını söyləyib.
 
“Zvezda” televiziyasındakı proqramda açıqlama verən İqor Aşurbəyli, S-300 sistemlərinin yalnız ABŞ-ın Patriot sistemlərinin son variantı ilə müqayisə edəcəyini bildirib.
 
ABŞ TƏLAŞA QAPILDI VƏ S-300-lərin TEXNOLOGİYASINI OĞURLADI
 
ABŞ-ın Patriotları inkişaf etdirmək prosesində S-300 sistemlərinin texnologiyasını oğurladığını iddia edən Aşurbəyli, “Rusiya, S-400 raket əleyhinə müdafiə sistemlərini inkişaf etdirərkən ABŞ, təlaşa qapılıb, bəzi şeyləri oğurladı və bugünkü vəziyyətə gəldi" deyib.
Aşurbəyli, "Əgər S-300-lər 2013-ci ildə yerləşdirilsəydi, İsrailin F-16-ları Suriya hava məkanında istədiyi kimi uça və Rus İl-20 təyyarəsinin vurulması hadisəsi də baş verməzdi" deyə bildirib.
Müxalifət.az