​Rusiyadan quş əti idxalı dayandırıldı - "QUŞ QRİPİ" VAR!

Baxış sayı:
4360

Belarus Rusiyanın Kostroma vilayətindən quş əti idxalını dayandırıb.
Trend-in məlumatına görə, bu qərara səbəb vilayət ərazisində ev quşlarında "quş qripi"nin qeydə alınması olub.
Qeyd olunur ki, qərar yanvarın 5-dən başlayaraq qüvvəyə minir.
Bundan başqa, Kostromadan Belarusa yumurta, quş yemi və digər məhsulların idxalı qadağan edilib.