​Rusiyadan NATO-ya xəbərdarlıq...

Baxış sayı:
2155

Yeni hərbi planlaşdırmada həm NATO-nun Norveçdə nəzərdə tutduğu hərbi təlimləri, həm də sərhədlərə yaxın digər hərbi fəaliyyətləri nəzərdə saxlayacağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Bu fəaliyyətlər hər şeydən əvvəl təsisat strukturlarının qurulması, maneələrin aradan qaldırılması və hərbi birləşmələrin çevik yerdəyişməsi ilə bağlıdır”, - deyə XİN rəsmisi bildirib.
Qeyd edək ki, NATO 25 noyabr tarixində Norveçdə genişmiqyaslı TRJE18 hərbi təliminə hazırlaşır.