Rusiyadan kritik açıqlama: Baş rolda Türkiyədir

Baxış sayı:
4279

Andorranın xarici işlər naziri Mariya Ubah ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışan Rusiyanın XİN rəhbəri Lavrov, "Rusiya və Türkiyə arasındakı İdliblə bağlı anlaşma tətbiq olunur. Bölgədə olan bütün təşkilatların bu prosesdə əməkdaşlıq etməsini aktiv şəkildə təmin edən Türk tərəfdaşlarımız burada baş rolda yer alır. Əldə etdiyimiz məlumatlar, prosesin irəliləyərək davam etdiyini təsdiq edir" deyə bildirib.
 
1-2 GÜNLÜK GECİKMƏ ÖNƏMLİ DEYİL
 
15 oktyabrda tərksilah edilmiş bölgənin tam olaraq fəaliyyətə keçirilməsi üçün qoyulan müddətin başa çatacağını xatırladan Lavrov, burada 1-2 gün gecikmə baş verəcəyini bildirib.
Lavrov, 1-2 günlük gecikmənin heç önəmli olmadığını, bu işlərin keyfiyyətinin daha böyük əhəmiyyət daşıdığını vurğulayıb.
 
TÜRKİYƏYƏ FƏAL DƏSTƏK VERİRİK
 
Lavrov, aparılan işlər zamanı Rusiyanın Türkiyəyə fəal dəstək verdiyini deyib.
Müxalifət.az