Rusiyadan İsrailin İranla bağlı sənədlərinə - Reaksiya

Baxış sayı:
8329

İsrail Baş naziri Benyamin Netanyahunun açıqladığı İranın nüvə proqramına dair sənədlərin təsdiqə ehtiyacı var.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Vyanadakı BMT daimi nümayəndəsi Mixail Ulyanov çıxış edib.
Sənədlərin ilk növbədə Beynəlxalq Atom Enerjisi Agentliyinin araşdırmasına bağlı olmasının lazım olduğunu vurğulayan rusiyalı diplomat BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkə ilə İsrailin iddialarının yoxlanılmalı olduğunu söyləyib.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu isə əlində İranın nüvə razılaşmasının şərtlərini pozan və nüvə əldə etməsi üçün hazırlığı davam etdirən gizli sənədlər olduğunu bəyan edib.