Rusiyadan “İdlib” açıqlaması: Addım atacağıq

Baxış sayı:
8464

Rusiya Türkiyə ilə imzalanan Soçi Anlaşmasını pozmağa hazırlaşır. Rusiya Müdafiə Nazirliyi  yaxın günlərdə İdlibə girəcəyini açıqlayıb.
 
Rusiya Idlibdə onlar üçün təhdid təşkil edən terrorçuları əsas gətirərək bölgəyə daxil olmağa hazırlaşır. Söz mövzusu cəhd Türkiyə ilə Rusiya arasında imzalanan 'Soçi Anlaşmasına zərər verəcək' bir hücum olaraq şərh olunub.
Rusiya Müdafiə Nazirliyi İdlibin Suriyanın ən böyük terrorçu bazalarından birinə çevrildiyini bəyan edib. Rusiya bu yöndə lazım olan addımları atacağını bildirib.
Müxalifət.az