Rusiyadan hədələyici açıqlama!

Baxış sayı:
4900

Rusiyanın XİN sözçüsü Zaxarova, NATO-nun oktyabrın sonunda reallaşdıracağı hərbi təlim ilə bağlı yazılı bəyanat verib.
 
Norveçin, ABŞ dəniz qüvvələrinə məxsus əsgərləri torpaqlarında yerləşdirilməsini "dost olmayan addım" kimi səciyyələndirən Zaxarova, Rusiya sərhədlərində 30-dan artıq ölkədən 40 mindən çox əsgərin iştirak edəcəyi hərbi təlimi NATO-nun Norveç tarixindəki ən böyük təlimi adlandırıb.
Zaxarova, aparıcı NATO ölkələrinin Rusiya sərhədində hərbi varlığını artırdığını bildirərək, "NATO-nun bütün bu hazırlıqları göz ardı edilə bilməz. Rusiya təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görəcəkdir" deyə bildirib.
Qeyd edək ki, NATO-nun "Trident Juncture 2018" hərbi təlimi Norveçdə 25 oktyabrda başlayacaq. NATO-nun baş katibi Jens Stoltenberq, bu təlimin ittifaqın son illərdəki ən böyük təlimlərindən biri olacağını bildirmişdi.
Müxalifət.az