​Rusiyadan gəlmiş turist Tiflisdə döyüldü

Tiflisin mərkəzində üç naməlum şəxs Rusiyadan gəlmiş turistə hücum ediblər.
 
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş kişinin vəziyyəti stabil və kafidir. Onun bu gün axşam xəstəxanadan buraxılacağı gözlənilir.
Həkimlərin bildirdiyinə görə, rusiyalı qonaq xəstəxanaya baş və üz nahiyəsinin zədələri ilə daxil olub. Döyüldükdən sonra rusiyalının bütün qiymətli əşyaları və pulu əlindən alınıb.
Gürcüstan polisi hadisə ilə bağlı açıqlama verməyib.