​Rusiyadan etiraf: İstəyirik ki, Türkiyə əməliyyatı dayandırsın

Baxış sayı:
4372

Suriyada qalıcı sabitliyin yaradılması üçün bütün tərəflər bu ölkədə apardığı əməliyyatlara son verməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev deyib.
Bundan sonra jurnalistlərdən biri “Bu, Türkiyənin də hərbi əməliyyatları dayandırmasını istədiyimiz anlamına gəlir?” - deyə sual ünvanlayıb.
“Türkiyə bizim üçün olduqca strateji partnyordur. Əlbəttə, Türkiyə hökuməti ilə bu yöndə danışıqlar aparırıq və türklər bizi anlayır”, - Kosaçev cavabında bildirib.