Rusiyadan bomba iddia! Hücum hazırlığı var

Baxış sayı:
13492

 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna rəhbərliyinin Donbasa hücum məqsədli qüvvələr göndərdiyini, Ukrayna ordusunun güc tətbiq etməyə hazır olduğu istiqamətində məlumatlar aldıqlarını açıqlayıb.
 
Zaxarova, ABŞ-ın Rusiyanın orta mənzilli nüvə qüvvələri müqaviləsini pozduğu iddiasının əsasının olmadığını, həmçinin Kiyevin Donbasa hücum məqsədli qüvvələr göndərdiyini, Ukrayna ordusunun güc tətbiq etməyə hazır olduğu istiqamətində məlumatlar aldıqlarını deyib.
Zaxarova, "Son günlərdə Ukrayna ordusunun Donbasda güc istifadə etməklə bağlı fəal şəkildə hazırlanmağa başlandığı yönündə aldığımız məlumatlar getdikcə artır. Səs-küylü bir hadisənin arxasında Rusiyanın təcavüzkar hərəkətlərini qabartmaqla Kiyev, beynəlxalq ictimaiyyətin diqqətini Kerç boğazındakı təxribata çəkməyə çalışarkən, bölgəyə hücum məqsədli qüvvələr göndərilir, bu birliklər daha sonra təmas xəttinə yayılır" deyə qeyd edib.
 
Hərbi vəziyyət təxribata örtük üçündür
 
Zaxarova Ukraynada hərbi vəziyyət elan edilməsinin dövlət başçısı Pyotr Poroşenkonun Donbasda yeni bir təxribat hazırlamaq niyyətini gizlətməyə yönəlmiş bir örtük kimi səciyyələndirib.
Müxalifət.az