​Rusiyadan Azərbaycana başsağlığı

Baxış sayı:
2884

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakı Narkoloji Dispanserində baş verən və 25 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədar Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova başsağlığı verib. Muxalifet.az xəbər verir ki, bu barədə APA məlumat yayıb. “Rusiya Dövlət Dumasının deputatları və şəxsən öz adımdan Narkoloji Mərkəzdə insan ölümü ilə nəticələnən yanğınla əlaqədar dərin hüznümü çatdırıram. Ölənlərin yaxınlarına başsağlığımızı çatdırmağınızı xahiş edir, yaralıların tez bir zamanda sağalmasını arzulayırıq”, - deyə başsağlığı mesajında bildirilir. Rusiya Federal Məclisinin sədri Valentina Matviyenko da O. Əsədova başsağlığı verib.