Rusiyadan Avropa Birliyinə: “Siz də Türk Axınına gəlin”

Baxış sayı:
3655

Rusiyanın xarici işlər naziri Lavrov, “Türk axını” qaz boru xəttinin, maraqlanan ölkələr üçün Avropa İttifaqının iştirakı ilə də bir layihə ola biləcəyini söyləyib.
 
Sergey Lavrov, Macar həmkarı Piter Siyyarto ilə görüşdükdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin enerji sahəsində AB ilə Rusiyanın münasibətlərinə yönəlik suallarını cavablandırıb.
AB ilə Rusiyanın enerji barəsində daha əvvəl sıx əməkdaşlıq etdiyini qeyd edən Lavrov, hazırda bu cür dialoqun dondurulduğunu ifadə edib.
 
“TÜRK AXINI” TƏKCƏ RUS-TÜRK LAYİHƏSİ DEYİL
 
Ukraynanın qaz daşıma sisteminin narahatlıq verdiyini və tranzit ölkə kimi etibarsız ölkə olduğu üçün Rus enerji firması Qazpromun Avropalı tərəfdaşları ilə “Şimal axını” kəmərini qurduğunu ifadə edən Lavrov," Şimali axım-2” qaz boru kəmərinin də tikintisinə başlandı. Lazımlı bütün icazələr alınıb. Həmçinin “Türk axını” qaz kəməri təkcə Rus-Türk layihəsi deyil, maraqlanan ölkələr üçün Aİ-nin iştirakı ilə də bir layihə ola bilər" deyə söyləyib.
Müxalifət.az