Rusiyadan ABŞ-a “Venesuela” təpkisi

Baxış sayı:
3763

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Venesueladakı siyasətinə dair, "Bu qətiyyən yumşaq bir güc deyil. Bu aqressiv bir ritorika, birbaşa qorxutma, şantaj və təhdiddir" deyib. Zaxarova bu fikirləri Rusiya rəsmi xəbər telekanalı “Rossiya-24”-ə Venesueladakı çevriliş cəhdinə dair açıqlama verərkən bildirib. ABŞ-ın Venesuela üzərindəki siyasətini dəyərləndirən Mariya Zaxarova, ABŞ-ın bu siyasətinin şantaj və hədə olduğunu deyib. Zaxarova ABŞ-ın hərəkətləri üzündən Venesueladakı həyatın pisləşdiyini vurğulayaraq, "ABŞ-ın məqsədi Venesuelada təlaş, qorxu, narahatlıq və xəyanət hissi yaradaraq ölkə vətəndaşlarının əhvalını pozmaqdır" deyə bildirib. Müxalifət.az