Rusiyadan ABŞ-ın Türkiyə təhdidinə sərt cavab!

Baxış sayı:
17521

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Gruşko ABŞ-ın Türkiyənin S-400-lə NATO üzvlüyü arasında bir seçim etməsi lazım olduğu təhdidinə cavab verib. Qruşko “Vaşinqton müttəfiqlərinə təzyiq göstərmək üçün heç bir vasitədən istifadə etməkdən çəkinmir” deyib.
 
PENS NƏ DEMİŞDİ?
 
ABŞ-ın vitse prezidenti Mayk Pens, Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi alması ilə bağlı, "ABŞ-ın “Patriot” havadan müdafiə sistemini təmin etməsinə baxmayaraq Türkiyənin S-400 alışı ilə bağlı planına davam etməsi olduqca narahat edicidir. Türkiyə S-400 alarsa, F-35 proqramındakı iştirakındakı riskə almış olar ki, bu da yalnız Türkiyənin müdafiə vəziyyətini zəiflətməz, eyni zamanda proqramda iştirak edən Türk istehsalçılarına də zərər vermiş olar" demişdi.
Pentaqonun F-35 təyyarələrinə aid vəsait və avadanlıqların Türkiyəyə göndərilməsini dayandırdığını Türk hökumətinə bildirdiyini xatırladan Pens, "Türkiyə bir seçim etməlidir. Dünya tarixindəki ən güclü hərbi ittifaqın kritik bir ortağı olaraqmı qalmaq istəyir, yoxsa ittifakımızın altını oyan düşüncəsiz qərarlar alaraq bu ortaqlığın onun təhlükəsizliyini təhdid etməsinimi istəyir” deyə təhdid edib.
Müxalifət.az