Rusiyadan ABŞ-a mesaj: Bunu Türkiyə ilə həll edəcəyik!

Baxış sayı:
8167

Kremldən Trampın Rusiyanın İdlibə edilən hava hücumlarını dayandırması çağırışıyla əlaqədar əhəmiyyətli bir açıqlama verilib.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın İdlibə təşkil etdiyi hava hücumlarını sonlandırması lazım olduğunu vurğulamışdı.
Moskva rəhbərliyi isə bölgədən mülki şəxslərə və hərbi ünsürlərinə hücumlar edildiyini ifadə edib.
Jurnalistlərin suallarını cavablayan Kremlin sözçüsü Dmitriy Peskov, İdlibdəki terrorçuların qəbul edilməz hücumlarının önlənməsi üçün tədbirlərin alınması lazım olduğunu ifadə edib.
Peskov "İdlibdə hələ də keçmişdə olduğu kimi çoxlu terrorçu və döyüşçülər toplanıb. Buranı hücumlar üçün istifadə edirlər. Mülki mövqelərə olduğu kimi, Rus əsgəri mövqelərinə yönəliki də təcavüzkar hərəkətlərə yol verirlər. Bu qəbul edilə bilməz. İdlibdəki vəziyyət Türkiyə ilə çalışaraq dayandıracağımız bir məsələdir" deyib.
Müxalifət.az