Rusiyadan ABŞ-a çağırış: Dəyişdirək!

Baxış sayı:
4384

Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ-da 2011-ci ildən bəri məhbus olan Rus pilot Konstantin Yaroşenkonun Rusiyada məhbus olan ABŞ vətəndaşları ilə dəyişdirilməsi və müsadirə edilən diplomatik mülklərin qaytarılması çağırışı edib.
 
Ryabkov Rusiyanın dövlət başçısı Vladimir Putin və ABŞ prezidenti Donald Trampın G-20-də etdiyi görüşün əlaqələrin gələcəyinə optimist baxmaq üçün bir ümid yaratdığını ifadə edib.
 
"ABŞ-ın YENİ YANAŞMASINI MÜSBƏT QARŞILAYIRIQ"
 
Rusiyanın əlaqələrdə irəliləmə qeyd etməyə hazır olduğunu, hər şeyin ABŞ-a bağlı olduğunu qeyd edən Ryabkov "Bizimlə daha çox əməkdaşlığa yönəlik bir yanaşma izlərinin görülməsini müsbət qarşılayırıq" deyib.
 
"MƏHKUMLARI DƏYİŞDİRƏK"
 
Ryabkov bu istiqamətdə addımlara humanitar mövzularla başlanması lazım olduğunu ifadə edərək  "Həmkarlarımıza çağırışımızdır: Yaroşenkonu sərbəst buraxın, onu Rusiyada məhkum olan ABŞ-lılarla dəyişdirin. Yalnız Vyana Müqaviləsini deyil, xüsusi hüquq pozuntusu olaraq müsadirə edilən diplomatik mülkümüzü geri verin" deyib.
 
"VİZA NÖVBƏLƏRİNİN ORTADAN QALDIRILMASI LAZIMDIR"
 
Ryabkov iki ölkənin konsulluq və səfirliklərindəki işlərin asanlaşdırılması və heyət sayının azaldılması qərarının arxasına sığınmayıb, uzun viza növbələrinin ortadan qaldırılması və pragmatik şəkildə irəliləmə qeyd edilməsi lazım olduğunu ifadə edib.
 
"TRAMPDAN BUNU İLK DƏFƏ EŞİTDİK"
 
Görüşdə, Putinin ikili əlaqələrin normallaşdırılması və inkişaf etdirilməsi lazım olduğunu ifadə etdiyini qeyd edən Kremlin sözçüsü Dmitriy Peskov, "Putin ayrıca ABŞ tərəfindən bir qarşılıq olmadan bu mövzuda danışmanın lazım olmadığını söylədi. Bu qarşılıqlılığı Trampdan ilk dəfə eşitdik" deyib.
Qeyd edək ki, Yaroşenko Liberyada narkotik qaçaqçılığı ittihamı ilə 2010-da nəzarətə alınmışdı. Pilot ABŞ-da çıxarıldığı məhkəmə tərəfindən ölkəyə 100 milyon dolları aşan dəyərdə kokain gətirdiyi ittihamı ilə 20 il həbsə məhkum edilmişdi.
Müxalifət.az