Rusiyadan ABŞ-ın 30 minlik terror ordusu planına qarşı SƏRT ETİRAZ

Baxış sayı:
1976

Muxalifət.az xəbər verir ki, ABŞ-ın dünən bəyan elədiyi, Suriyanın şimalında terror ordusu qurmaq açıqlamasından sonra Rusiyadan sərt etiraz açıqlaması səslənib.
ABŞ-ın Türkiyə və İraq sərhədində yerləşdirməyi planlaşdırdığı 30 min nəfərlik “terrror qüvvəsi”ni hədəfə alan Rusiya xarici işlər naziri Sergey Lavov deyib: “ABŞ-ın Suriyada ordu qurmaq səyləri, ölkənin ərazi bütövlüyünə zərər verər bilir. ABŞ-dan bu məsələ ilə bağlı detallı açıqlama gözləyirik”.
Lavrov bu sözləri Moskvada keçirilən illik mətbuat konfransında səsləndirib və ABŞ-ın Suriyada dövləti devirmək istəyən qruplara yardım elədiyini söyləyib, bu qrupların bəzi bölgələrə nəzarət eləməsinin ölkənin bölünməsinə səbəb olduğunu deyib.
Lavrov sözlərinin davamında deyib: “ABŞ-ın birtərəfli, ultimatum şəklində, Suriyada ordu qurmaq layihəsi Türkiyə ilə kürdlər arasındakı münasibətlərdə problem yarada bilər və Afrindəki vəziyyətin sabitləşdirməsinə kömək edə bilməz”.
 
Suriyadan sərt açıqlama!
 
Suriya dövlətinin televiziya ilə verilən açıqlamasında isə deyilir: “Suriya ordusu ölkədəki Amerika varlığı və aparatlarının kökünü kəsmək əzmindədir”.
Suriya XİN ABŞ-ın planının ölkənin milli suverenliyinə açıq bir hücum olduğunu vurğulayıb.
ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisiya PKK terror təşkilatının lider olacağı 30 min nəfərlik separatçı “ordunun” Türkiyə və İraq sərhədi ilə Fərat çayı sahilində yerləşdiriləcəyini dünən açıqlamışdı.
 
Türkiyə XİN və Prezident aparatı da etrazını bildirmişdi
 
Türkiyə XİN Vaşinqtona etirazını bildirən açıqlama yaymışdı. Bəyanatda deyilirdi: “ABŞ-ın öhdəlikləri və bəyanatlarına zidd şəkildə PYD/YPG ilə əməkdaşlığa davam etdirməsi bizim milli təhlükəsizliyimizi və Suriyanın ərazi bütövlüyünü təhlükə altında qoyur və bu cür cəhdlər yolverilməzdir. ABŞ-ın bu yanlış yanaşmada israr eləməsini qınayır və Türkiyənin ölkəsinə qarşı hər cür təhdidi dəf eləməyə qərarlı və qadir olduğunu bir daha xatırladırıq".
Prezidentin mətbuat katibi İbrahim Kalın isə bildirib: “Türkiyə milli mənfəəti istiqamətində təhlükəsizliyini təmin eləmək üçün lazımi tədbirləri görməyə davam edəcək. Bu çərçivədə qanuni hədəf olan terror təşkilatlarına qarşı məkanı, zamanı və forması Türkiyə tərəfindən müəyyənləşdiriləcək hər bir müdaxilə haqqına malikik”.
Lavrov Türkiyənin İdlibdə nəzarət məntəqələrinu qurmaq məsələsində daha sürətli olacağına ümid elədiklərini də mətbuat konfransında söyləyib./Hurriyyet.org