Rusiyadakı partlayışda ölü sayı artdı

Baxış sayı:
11896

Rusiyanın Çelyabinsk bölgəsindəki Magnitogorsk şəhərində təbii qaz partlaması səbəbilə çökən binanın dağıtıları altından çıxarılan cəsəd sayı 37-yə yüksəlib. Magnitogorskdaki 10 mərtəbəli binada 31 dekabrda baş verən partlayışda dağılan blokun dağıntıarında axtarış xilas etmə işləri davam edir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dağıntı altından 37 nəfərin cəsədi çıxarılıb. Hadisə Qeyd edək ki, Magnitogorsk şəhərindəki bir binada dekabrın 31-də yerli vaxtla saat 06.00 radələrində baş verən partlayışda 100-dən çox adamın yaşadığı 48 mənzil zərər görüb. Çökən binanın xarabalığından bir körpə partlayışdan 35 saat sonra sağ xilas edilib. Müxalifət.az