Rusiyada vertolyot düşdü! 3 nəfər öldü

Baxış sayı:
5638

Rusiyanın İrkutsk bölgəsində bazar günü itən helikopterin dağlıq əraziyə düşdüyü müəyyən olunub. Qəzada 3 nəfər həyatını itirdi.
 
“TASS” Agentliyinin məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin səlahiyyətliləri, bazar günü itən Mi-8 tipi vertolyotun dağlıq əraziyə düşdüyünü açıqlayıb.
Vertolyotda olan 3 nəfərdən heç kim xilas ola bilməyib.
Qəzanın səbəbinin müəyyənləşdirilməsi üçün istintaq başlayıb.
Müxalifət.az