Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları sağ tapıldı - YENİLƏNİB

Baxış sayı:
7474

Uzaq Şərqdə qəzaya uğramış “Su-34” təyyarələrinin katapult edən pilotları sağ tapılıb. Virtualaz.org bildirir ki, bu barədə Rusiyann Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, həmin təyyarəçilərin sağlıq durumu qənaətbəxşdir. Qeyri-rəsmi mənbələr qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini iddia edirlər. Nazirlik isə bildirib ki, qəza təyyarələrin bir-birinə toxunması nəticəsində baş verib. Hadisə Yapon dənizi üzərində təlim-məşq uçuşu zamanı olub. * * *12:00 Uzaq Şərqdə uçuş zamanı iki "Su-34" qırıcı təyyarəsi toqquşub. Trend-in məlumatına görə, faktı regionun güc strukturları təsdiq edib. Məlumata görə, dəniz istiqamətində uçan iki təyyarə havada toqquşub. Təyyarələrdən hər ikisinin ekipajı katapulta ola bilib. Qırıcıların hansı şəraitdə toqquşması məlum deyil.