​Rusiyada şok nəticə: aksiya istəyənlərin sayı...

Baxış sayı:
3376

İqtisadi problemlərə görə kütləvi etiraz aksiyalarında iştirak etməyə hazır olan rusiyalıların sayı əsrin əvvəlindən bu yana ən yüksək həddə çatıb.
Muxalifet.az xəbər verir ki, bu nəticə “Levada Mərkəz” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçılarının 28%-i ölkədə iqtisadi problemlərlə bağlı baş verəcək istənilən aksiyada iştiraka hazır olduğunu söyləyib. Bu göstərici yalnız 1998-ci ilin sentyabrında olan göstəricidən (33%) aşağıdır.
Siyasi tələblərin səsləndiriləcəyi aksiyalara çıxmağa hazır olan şəxslərin sayı daha az olub. Belə ki, rusiyalıların yalnız 23%-i siyasi aksiyalara çıxmağa hazır olduğunu bəyan edib. Buna rəğmən hazırkı rəqəm 2009-cu ilin avqustunda qeydə alınan rekord göstəricini də üstələyib.
Ölkədə hökumətə qarşı etirazları ən çox alovlandıran təqaüd islahatlarına gəlincə isə rusiyalıların 37%-i buna qarşı etiraz aksiyalarına qoşulmağa hazır olduğunu bildirib. 71% rusiyalı isə ümumilikdə təqaüd reformları ilə bağlı qanun layihəsinin tam ləğv edilməsini tələb edib.