Rusiyada relsdən çıxan qatardakı tanklar yerə töküldü – VİDEO

Baxış sayı:
3988
Sosial şəbəkədə Transsibir magistralında qatarın aşmasının görüntüləri yayılıb. Yük qatarı ötən gün Omsk və Tümen vilayətlərinin sərhədində, Manqut stansiyasında relsdən çıxıb. Vaqonların aşması nəticəsində qatarın daşıdığı hərbi texnika, o cümlədən tanklar aşıb.

Xəsarət alanın olmadığı, o cümlədən ətraf mühitə ziyan dəymədiyi bildirilib.

Relsin təmirindən sonra yük mənzil başına çatdırılacaq.

Hadisə ilə əlaqədar cinayət işi açılıb. (axar.az)