Rusiyada qatar relsdən çıxdı, tanklar yerə töküldü – Video

Baxış sayı:
5719

Yutub sosial şəbəkəsində Transsibir magistralında qatarın aşmasının görüntüləri yayılıb.
Muxalifet.az xəbər verir ki, yük qatarı ötən gün Omsk və Tümen vilayətlərinin sərhədində, Manqut stansiyasında relsdən çıxıb. Vaqonların aşması nəticəsində qatarın daşıdığı hərbi texnika, o cümlədən tanklar aşıb.
Xəsarət alanın olmadığı, o cümlədən ətraf mühitə ziyan dəymədiyi bildirilib.
Relsin təmirindən sonra yük mənzil başına çatdırılacaq.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.