Rusiyada məktəblər təxliyə olunur - BOMBA VAR?

Səhər saatlarından başlayaraq Rusiyanın Nijni Novqorod şəhərində məktəblər və inzibati binalar təxliyə olunur. 

Muxalifet.az rus mətbuatına istinadən xəbər verir ki, buna bomba qoyulması ilə bağlı anonim zənglər səbəb olub. 
Son məlumata görə, zənglərdən sonra şəhərdə 11 məktəb təxliyə olunub. 
Hazırda həmin binalar nəzarətə götürülüb və axtarış işləri aparılır.