Rusiyada “Dollar” tarix olur

Baxış sayı:
10543

 Rusiya Mərkəz Bankı 2018-də dollar ehtiyatlarını qızıl, yuan və avroya çevirib.
 
Rusiyanın beynəlxalq ehtiyatlarında dolların payı keçən il 2017 ilə müqayisədə 23,1-dən 22,7 faizə geriləyərkən, avronun payı 10 faiz yüksəlişlə 31,7-yə, yuanın payı 11,4 faiz artımla 14,2-yə yüksəldilib. Ölkənin ehtiyatlarında qızılın payı isə 2018 etibarilə təxminən 1 faizlik artımla 18,1-ə çıxıb.
Rusiya baş nazirinin birinci müavini və Maliyyə naziri Anton Siluanov bir müddət əvvəl etdiyi açıqlamada, ölkədəki neft və qaz şirkətlərinin ödəmələrindəki dolların payını azaltmağa yönəlik planlarını yaxın vaxtlarda hökumətə təqdim edəcəklərini bildirmişdi.
Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin də Rusiya Maliyyə Nazirliyi və Rusiya Mərkəz Bankı ilə ölkə iqtisadiyyatının "dollarsızlaşdırılması" üçün müxtəlif addımlar atılacağını bildirmişdi.
 Müxalifət.az