​Rusiyada dəhşətli qəza: 17 ÖLÜ

Rusiyanın Vladimirski vilayətində “Sankt-Peterburq – Nijni Novqorod” marşrutu üzrə hərəkətdə olan qatar avtobusla toqquşub.
TASS xəbər verir ki, baş vermiş dəhşətli qəza nəticəsində 17 nəfər dünyasını dəyişib. Ölənlər arasında 3 uşağın olduğu bildirilir.
Qəza zamanı avtobusda ümumilikdə 56 nəfər olub.