Rusiyada deputatlar karantinə alındı - KORONAVİRUS TƏHLÜKƏSİ

Baxış sayı:
2830

Rusiyada Dövlət Dumasının bir qrup deputatı koronavirus təhlükəsi ilə əlaqədar karantinə alınıb.

Dumanın spikeri Vyaçeslav Volodin Fransadan səfərdən qayıtmış deputat Sergey Katasonova karantinə yollanmağı tapşırıb. Onunla yanaşı, deputatın köməkçiləri, eləcə Dumada onun yaxınlığında oturan deputatlar barəsində də eyni addım atılıb.

Deputatların virusa yoluxub-yoluxmaması barədə məlumat verilməyib.