Rusiyada “Boeing 737″ təyyarəsi qəza enişi edib

Baxış sayı:
7279

Yakutiyanın Mirnıy şəhərindən Moskvaya uçan “Boeing 737-800″ təyyarəsi Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərinin hava limanına qəza enişi edib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Rusiya İstintaq Komitəsinin Şimal-Qərb Nəqliyyatda İstintaq İdarəsinin nümayəndəsinin sözlərinə görə, hazırda istintaqdan əvvəlki yoxlamalar aparılır. İlkin versiyaya görə, qəza enişinə səbəb mühərrikin dayanması olub.

O əlavə edib ki, təyyarə hazırda Sıktıvkar hava limanındadır.

“Sərnişinlərdən heç biri xəsarət almayıb, hər kəs sağ və salamatdır”, – qurum rəsmisi deyib. Sərnişinlərin sayı açıqlanmır.