​Rusiyada azərbaycanlı diaspora FƏALI İTKİN DÜŞÜB

Baxış sayı:
11941

Əslən Azərbaycanın Şirvan şəhərindən olan 1971-ci il təvəllüdlü Şahsuvarlı Ərəstun Gülməmməd oğlu Rusiyanın Sankt-Peterburq vilayətinin Nevskiy rayonunda itkin düşüb. 
Məlumata görə, Ərəstun Şahsuvarlı Rusiyada biznes və diaspora fəaliyyətilə məşğul idi. O, Rusiyada Azərbaycanın fəal diaspora nümayəndələrindən olub. 
Artıq bir neçə gündür itkin düşən azərbaycanlı iş adamından ailə üzvləri və yaxınları heç bir məlumat əldə edə bilmir. /demokrat.az