​Rusiyada Azərbaycan vətəndaşları həbs edildi

Baxış sayı:
8401

Rusiya güc strukturları 39 yaşlı Nijnevatovsk sakinini öldürməyə cəhddə şübhəli bilinən şəxsləri yaxalayıb. 
Znak.com Xantı-Mansi Muxtar Dairəsinin İstintaq Komitəsinə istinadən xəbər verir ki, saxlanılan üç nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.
Onlar Moskva və Dağıstanın Kaspiysk şəhərində ələ keçiblər. Məhkəmə saxlanılan şəxslər barəsində həbs qərarı çıxarıb. 
Məlumata görə, hadisə yanvarın 28-də Nijnevatovskda baş verib. Həmin gün Marşal Jukov küçəsindəki evlərin birinin həyətində silahlı şəxslər 39 yaşlı şəhər sakininə atəş açıb və hadisə yerindən qaçıblar. 
Faktla bağlı araşdırmalar davam edir.