​Rusiya xüsusi xidmət orqanlarının əməliyyatı: “Azərbaycan landromatı”

Landromat: Jurnalist araşdırması, yoxsa, xüsusi xidmət orqanlarının “dubinkası”?
 
Landromat, yaxud da “çirkli pulların camaşırxanası” – ilk dəfə bu termin Roman Aninin jurnalist araşdırmasında peyda oldu, o, rusiyalı məmur-oliqarxların “Moldova sxemi” ilə pulları yumasını aşkara çıxarmışdı. Bu məqaləni həm də “Moldova camaşırxanası” adlandırırdılar.
Jurnalist Anin öz məqaləsində rusiyalı məmurların bəzi əlaltı şəxslərin adlarına birgünlük şirkətlər yaratdıqlarını, Moldova banklarına pul köçürdüklərini, oradan da vəsaiti Qərbə yönəltdiklərini, yaxud da özlərinə bahalı villalar və sairə aldırqlarını nəql edirdi. Sonra jurnalist terminologiyasına yenicə daxil edilmiş “Landromat” sözünün ardınca Ukrayna məmurlarının, Moldova məmurlarının pullarının yuyulması gündəmə gəldi, indi isə növbə “Azərbaycan landromatı”na da çatdı.
Maraqlıdır ki, “Novoya qazeta”dan olan jurnalist Roman Anin necə oldu ki, birdən-birə Rusiya, Ukrayna, Moldova, Azərbaycanın rəsmi şəxslərini ifşa eləməyə başladı?
Rusiya hakimiyyətinin xarakteri və dilənçi vəziyyətindəki rus xalqının özünün qarət edilmiş sərvətinin müdafiəsinə reaksiyası bəlli olduğu halda, necə olur ki, jurnalist sakitcə həyatına və qonşu dövlətlərin rəsmi şəxslərini ifşa eləməyə davam edir?
Məgər elə həmin Rusiyada, Aleksey Navalnının Putin, Medvedev və hakim partiyanın ətrafındakı bütün əyanların barəsindəki araşdırmaları bütün televiziyalar, jurnalistlər, politoloqlar və başa filankəs-bəhmənkəslərin tərəfindən süngü ilə qarşılanmamışdımı? Teleaparıcı Vladimir Solovyov isə Aleksey Navalnını dəstəkləmək üçün mintinqə çıxan gəncləri “iki faiz tullantı” adlandırmışdı.
Məgər məhz Navalnının üzərinə “zelyonka” atmırdılar, onu az qala hər ay qondarma cinayətlərlə həbsxanaya qatmırlar? Aninin nəyi Navalnıdan artıqdır? Yoxsa, Navalnıdan fərqli olaraq, Aninin siyasi iddiaları yoxdur və hakimiyyətə gəlmək istəmir? Bu planda Navalnı daha çox müdafiəli şəxsiyyətdir və ona qarşı hər bir təqib, Rusiyada fərqli düşünmə azadlığına qarşı təqibdir. Amma Anin bu və ya digər məmuru araşdıranda ona yaşıl işıq yanır.
Niyə birdən-birə belə fərq olsun ki? Yoxsa, Rusiya liberal-demokrat olmaq eşqinə düşüb? Yox, yox və bir daha yox.
SSRİ maraqlı ölkə idi, orada bütün siyasi müharibələr xalqın gözünün qabağında, aşkarlıqda yox, bağlı qapılar, pərdələr arxasında baş verirdi. İdarələr arasındakı siçovul müharibələri, edamlar, “təsadüfi” qətllər – bütün bunlar normal iş idi. Lakin indi Sovet İttifaqı yoxdur, onu öz dövlətini yıxmış uşaqları var, indi isə təzə qurulmuş dövlərləri ələ keçirib, öz aralarındakı pərdəarxası hakimiyyət uğrunda mübarizədə onları da yıxırlar,
Zaman paranoik kommunistləri islah eləmədi, onların şirinçaya tökdükləri yalan və zəhər əhalini zəhərləməkdə və aldatmaqdadır. Artıq rolunu bitirmiş xüsusi xidmət orqanları ilə yeni “nou-hau”ya adlamış kommunistlərin əlləri indi KİV-dir. Onun vasitəsi ilə onlar keçmiş sovet məkanındakı dikbaş dövlətlərin siyasi elitasını, yaxud da işəyarmaz məmurları, şantaj eləməyə, yıxmağa çalışırlar.
Burada qeyri-adi və mürəkkəb heç nə yoxdur, bu – ən adi şantaj və hər hansı məmurun elə öz əhalisi qarşısında dürüstlük və xəyanət məsələsində diskreditasiyasıdır.
Beləiklə, Azərbaycanla razılaşma əldə edə bilməyən Rusiya xüsusi xidmət orqanları, guya ki, “müstəqil” və “tərəfsiz” cənab Aninin əli ilə öz qara işlərini görürlər.

Muxalifet.az

Ruscadan tərcümə Hurriyyet.org-undur