Rusiya xüsusi təyinatlıları Dəməşqə köçürülür

Rusiya Tu-154 tipli nəqliyyat təyyarələri ilə xüsusi təyinatlı dəstələrini Suriyanın Lazkiya bölgəsindən paytaxt Dəməşqə köçürür.
 
Rusiyanın Suriyadakı qüvvələri genişmiqyaslı təxliyə əməliyyatı keçirir.
Rusiya xüsusi təyinatlı qüvvələrinin paytaxt Dəməşqdən İŞİD-lə şiddətli döyüşlərin getdiyi Deyr əz-Zor bölgəsinə göndəriləcəyi ehtimal olunur.
Qeyd edək ki, son günlərdə Deyr əz-Zor əyalətində 4 rus əsgərinin ölüm xəbəri yayılmışdı.