Rusiya və Türkiyə terror dəhlizinə yol verməyəcək

Baxış sayı:
8734

 Terror təşkilatı PYD və YPG ilə əməkdaşlıq edərək Suriyada kukla bir terror dövləti qurmaq istəyən ABŞ-ın həll üçün hər cür pozuculuq cəhdlərinə baxmayaraq Türkiyə və Rusiya bölgədə əmin-amanlığı təmin etmək məqsədilə lazımi addımlar atmağı davam etdirir.
 
İki ölkə silahlı qüvvələrinin İdlibdə davamlı vəziyyətə gətirdiyi birgə asayişi qoruma xidmətini “Yeniakit”a qiymətləndirən Ankara Rusiya Araşdırmaları İnstitutunun rəhbəri (RUSEN) və İldırım Beyazıt Universitetinin müəllimi professor Saleh Yılmaz, "Türkiyə ABŞ ilə regionda razılaşmasa, Rusiya ilə əldə edilən anlaşmalar bir alternativ olacaq" deyib.
"Türkiyənin dünən Rusiyada həyata keçirdiyi bu anlaşma sonun başlanğıcıdır" deyən Ədaləti Müdafiə Edənlər Strateji Araşdırmalar Mərkəzi Dərnəyinin (ASSAM) sədr müavini təqaüddə olan polkovnik Çatsan Ergür isə, "Amerika, Rusiya və Türkiyə olmadan Suriyada öz siyasətlərini işə salmaz. Çünki ABŞ-ın istədikləri Türkiyə və Rusiyanın maraqları çərçivəsindən kənardadır" deyə bildirib.
Müxalifət.az