“Rusiya və Türkiyə S-400 sistemlərini ortaq şəkildə istehsal edə bilər” – Rusiyada açıqlama

Baxış sayı:
8902

Rusiyanın ən böyük silah istehsalçılarından “Almaz-Antey”-in keçmiş rəhbəri olmuş İgor Aşurbeyli Rusiya və Türkiyənin ortaq şəkildə S-400 raketdən müdafiə sistemlərini istehsal edə biləcəyini söyləyib.
 
Rusiyanın ən gizli müdafiə sənayesi qurumu olan Almaz-Antey elm və araşdırma şirkətinin keçmiş rəhbəri, Rus hərbi-sənayesinin istehsal etdiyi S-300 Favorit və S-400 Triumf raketdən müdafiə sistemlərini istehsal edən Azərbaycan əslli İgor Aşurbəyli açıqlama verib.
Rusiya və Türkiyənin ortaq şəkildə S-400 sistemlərini istehsal edə biləcəyini ifadə edən Rus müdafiə şirkəti “Almaz-Antey”-in keçmiş rəhbəri İgor Aşurbeyli, ''Əlbəttə, bu mümkündür. Bu, silah ticarətində beynəlxalq bir təcrübədir. Alıcı ölkə hər zaman istehsalın bir qisiminin öz ölkəsində olmasını istəyir. Hər şeydən əvvəl alıcı ölkə sənayesini yüksəltmək istəyir, yeni texnologiyanı öyrənmək və gələcəkdə bu sistemləri sərbəst istehsal etmək istəyir. Buna ən uyğun nümunə ölkə Çindir. 20 ildən çoxdur Rusiyadan S-300-ləri satın alırdılar. Bundan sonra heç bir şey almayacaqlarını və özlərinin istehsal edəcəklərini söyləyirdilər. Ancaq nədənsə, özləri istehsal edə bilmədilər və indi Rusiyadan S-400 raketdən müdafiə sistemlərini alırlar'' deyə söyləyib.
ABŞ-ın Türkiyəyə S-400-lər üzərindən təzyiqinə toxunan Aşurbeyli, ''ABŞ-ın Türkiyəyə S-400-lər üzərindən təzyiqinə gəlincə, bu gün dünyada S-400 raketdən müdafiə sistemlərinin bəzi texniki göstəricilərinə baxıldığında bənzəri olmadığını söyləyə bilərəm. Məncə bu səbəblərdən biridir. Digər bir səbəb də, ABŞ-ın silah bazarının yalnız özünün nəzarətində olmasını istəməsidir. Ancaq bu dürüst bir rəqabət deyil. Çünki dürüst bir rəqabət öz məhsulunun keyfiyyətini isbat etmək üçün edilən rəqabətdir. Alıcı ölkəyə öz istahsal etdiyiniz silahları alması üçün təzyiq göstərmək doğru deyil'' deyə bildirib.
Müxalifət.az