Rusiya və Türkiyə İdlibdə niyə savaşa girmədi? - Ekspert

Baxış sayı:
4162

Əgər kimlərsə Rusiyanın İdlibdə hərbi əməliyyat aparmasını doğru hesab edirsə, səhv edir.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə misirli ekspert Taimur Dvidar çıxış edib.
"Hər zaman qısa vaxtda qalib gələcəyinizə əmin ola bilməzsiniz. Orada çoxlu silahlı adamlar yığışıb, təxminən yüz min adam var, bunlardan təxminən 10 min nəfəri oradakı proseslərin daxilində yer alanlardır. Belə bir qarşıdurmaya getməkdənsə, bəlkə də məntiq işlətmək daha yaxşıdır. Rusiya və Türkiyə də elə bunu etdi. Əzələlər nümayiş etdirilə bilər, ancaq məntiq işlətmək daha yaxşıdır. İnsanların həyatını da beləliklə xilas etmiş olacağıq. Orada 3 milyon vətəndaşın girov saxlanıldığını unutmamaq lazımdır", - Dvidar bildirib.