​Rusiya və Türkiyə ABŞ-ın planına əngəl olacaq - Çonkar

Baxış sayı:
2327

Rusiya, Türkiyə və İran birgə strategiya çərçivəsində ABŞ-ın Suriyada qeyri-qanuni təşəbbüsünə mane olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər üzrə Komissiyasının üzvü Bərat Çonkar deyib.
ABŞ-ın sərhəd mühafizə qüvvələri planının Türkiyənin mənfi reaksiyasına səbəb olduğunu deyən Çonkar bu addımın Suriyanın ərazi bütövlüyü baxımından da ciddi problemlər doğurduğunu, həmçinin burada kürdlər və Türkiyə arasındakı münasibətlər baxımından da problemin mövcudluğunu bildirib. Bu yeni planın Afrində vəziyyətin sakitləşməsinə yardım etməyəcəyini vurğulayıb.
Çonkar Rusiya və İranla əməkdaşlıqdan da söz açıb: "Biz bu günə qədər sərgilədəyi mövqelərindən dolayı istər Rusiya və İranın, istərsə də Suriya və İraqın bu çərçivədən razı olduqlarını düşünürük. Rusiyanın da Suriya və İraqın ərazi bütövlüyü məsələsində həssas olduğu qənaətindəyik".