"Rusiya və İranla fikir ayrılığımız yoxdur" - ƏRDOĞAN

Rusiya ilə Suriya məsələsində heç bir fikir ayrılığımız yoxdur.
 
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O, həmçinin, Türkiyə ilə İran arasında da heç bir fikir ayrılığının olmadığını bildirib.
Ərdoğan Rusiya, İran və Türkiyə arasında Astana prosesinin bundan sonra da davam etdiriləcəyini söyləyib./axar.az