Rusiya və Ermənistan HHM sistemi üzrə birgə təlimə başlayıb

Təlim Aşuluk hərbi poliqonunda keçirilir
 
Rusiya və Ermənistan Hava Hücumundan Müdafiə (HHM) regional sistemi çərçivəsində ilk birgə təlimlərə başlayıb.
TASS xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri HHM Qoşununun komandanı Armen Vardanyan bildirib.
“Döyüş əməkdaşlığı-2017” adı altında keçirilən birgə təlimlər Aşuluk hərbi poliqonunda keçirilir. Bu poliqon Həştərxan vilayətində Aşuluk dəmiryol stanasiyasından şərqdə, Qazaxıstanla sərhəddə yerləşir./report