Rusiya və Çindən dollar həmləsi

Baxış sayı:
4981

Rusiyanın İnvestisiya Fondunun sədri Kirill Dmitriyev, fondun 2019-ci ildə Çin ilə ilk dəfə milli valyutalarla ticarət əməliyyat aparacaqlarını açıqlayıb.
 
Dmitriyev, illk mübadilələrin 2019-ci ilin əvvəlində keçiriləcəyini bildirərək, Çin İnkişaf Bankı ilə mövcud dəyəri 10 milyard dollar təşkil edən Çin Yuanı məbləğində bir fond üzərində razılaşdıqlarını söyləyib və Çinin Heilongjiang bölgəsində bir yerli fond yaradıldığını ifadə edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2016-ci ildə verdiyi bir açıqlamada Rusiya və Çinin xarici bazarlara asılılığını azaltmaq üçün yerli valyutalarla ticarət edə biləcəyini söyləmişdi.
Müxalifət.az