​Rusiya və ABŞ ordularının qərargah rəisləri arasında telefon danışığı olub

Baxış sayı:
817

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri Cozef Danford arasında telefon danışığı olub.
Muxalifet.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, telefon danışığında Suriyada vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.